Ringrazio il poeta e amico Səlim Babullaoğlu per questa traduzione e la lettura della mia poesia nell’ambito di un progetto della compagnia Televisiva e Radiofonica di Stato dell’Azerbaijan – AZTV. E’ sempre un’emozione sentire le proprie poesie lette in un’altra lingua, anche se non la si conosce.
#EvdəQal kampaniyası çərçivəsində Laura Qaravaqlia öz şeirini oxudu
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə “Ədəbiyyat qəzetinin” Azərbaycan Dövlət Televizya və Radiosunun dəstəyi ilə birgə gerçəkləşdirdikləri #EvdəQal – “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar !” layihəsinin üçüncü günü italyan şairə Laura Qaravaqlia öz şeirini oxudu və Azərbaycan tamaşaçısına müraciət etdi.
Laura Qaravaqlia1956-cı ildə Milanda anada olub. Komoda yaşayır. Şair, jurnalist, Komo Poeziya Evinin qurucusu və rəhbəridir. “Həyat fraqmentləri”, “Kəpənəklər və daşlar”, “Çəyirdəyin simetriyası”, “Saylar və ulduzlar” adlı şeir kitablarının müəllifidir. Mario Luzi, Antonio Farina ədəbi ödüllərinə, habelə Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının mükafatına layiq görülüb. Əsərləri dünyanın onlarla dilinə çevrilib.
Laura Qaravaqlianın müraciəti və şeiri
Salamlar əziz bakılı, azərbaycanlı dostlar. Mən sizə xoş gördük deyir, bu çətin zamanlarda sizə dözümlü olmağı arzulayıram. Biz inanırıq ki, bütün bu şeylər yaxın zamanlarda ötüb keçəcək. Özünüzü və sevdiklərinizi qoruyun. Biz, bu virusu, gözəgörünməz düşməni həm də poeziya vasitəsi ilə məğlub edəcəyik. Indi isə hamınız üçün özümün şeirimi oxuyacağam.
Poeziya Poesia
Bəzən sözlər gözə çevrilərlər- A volte le parole sono occhi
Dünyaya məşəl kimi zillənərlər: guardano obliquo il mondo
Dərinliklərdə fərqli uzaqlar taparlar; scavano nel profondo
Amma bəzən də havadan asılı qalarlar, prospettive diverse.
Və baxa bilməzlər həyatın künc-bucağına. A volte invece le parole
Amma indi sözlər işıq şüalarında rimangono nell’aria
uçuşan toz kimidirlər. e i versi sono polvere in un raggio di luce.
Təqdimat və tərcümə: Sona Səlimli, Səlim Babullaoğlu